Bütün xəbərlər
11 aprel, 10:29

Aprelin 10-da Naxçıvanda PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında ilk dəfə iştirak edəcək şagirdlərlə marifləndirici görüş keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində keçirilən görüşdə Naxçıvan şəhər 7, 15, 17 nömrəli tam orta məktəblərinin, Naxçıvan Qızlar Liseyinin, Naxçıvan Qarnizonu tam orta məktəbinin və  NDU-nun nəzdində İngilis dili təmayüllü gimnaziyanın təqdiqatda təmsil olunacaq şagirdləri iştirak ediblər. 

Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov iştirakçıların diqqətinə çatdırıb ki, PISA – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında ölkəmizin ümumtəhsil məktəbləri 2018-ci ildən iştirak edir. Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri isə bu il ilk dəfə olaraq bu tədqiqatda iştirak edəcək. Qeyd olunub ki, təqdiqatda muxtar respublikanın 12 təhsil müəssisəsindən 328 məktəblinin iştirakı nəzərdə tutulur. Təhsil naziri təqdiqatda iştirak edən şagirdlərə uğurlar arzulayıb.  

Azərbaycan Respublikası Təhsil İnstutunun direktor vəzifələrinin icraçısı Elnur Əliyev bildirib ki, PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda, onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 3 ildən bir keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatıdır. Tədqiqatın ölkəmizdə həyata keçirilməsi Təhsil İnstitutu tərəfindən təşkil olunacaq və tədqiqatda ölkə üzrə 8 mindən artıq şagird iştirak edəcək. Bu proqrama bu il  tədqiqata 91 ölkənin şagirdlərini qoşulacağını qeyd edən Elnur Əliyev qiymətləndirmənin şərtləri, qaydaları, istifadə olunan suallar, sualların cavablandırma qaydaları haqqında məktəblilərə geniş məlumat verib. Görüşdə tədqiqatla bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, həmin gün növbəti görüş Şərur və Kəngərli rayonlarının ümumtəhsil məktəblərinin şagirdləri ilə olub. Sabah isə Ordubad və Culfa rayonlarının tədqiqatda iştirak edəcək məktəbliləri ilə görüşün keçirilməsi nəzərdə tutulur. 

1 /6

Şərhlər

Xəbər lenti

14 aprel, 17:33

Buraxılış imtahanında 300 bal toplayan məktəbli - Hər şagird öz potensialını bilməlidir

14 aprel, 17:22

Ceyhun Kərəmov: Qarabağda müasir peşə təhsili müəssisələrinin şəbəkəsi qurulur

14 aprel, 17:19

Avropa Qızlar İnformatika Olimpiadasına seçmə imtahanı keçirilib

14 aprel, 16:58

BSU və Daşkənd Dövlət Pedaqoji Universiteti arasında fəaliyyət planı müzakirə edilib

14 aprel, 16:58

ADPU-nun rektoru X Avrasiya Ali Təhsil Zirvəsində iştirak edib

14 aprel, 16:57

Publik hüquqi şəxsə çevrilmə məktəblərdə nəyi dəyişəcək? – ŞƏRH

14 aprel, 16:56

BANM və 4SİM arasında anlaşma memorandumu imzalanıb

14 aprel, 16:53

Qənnadıçı, şirniyyatçı və zərgər peşə ixtisasları üzrə nəzəri qiymətləndirilmə aparılıb

14 aprel, 16:47

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi start götürür

14 aprel, 15:36

Optimallaşdırılma elmin gələcək inkişafına hesablanıb - Deputat

14 aprel, 15:03

Bakıda kriptovalyuta və blokçeyn təlimləri keçiriləcək

14 aprel, 15:03

Dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir

14 aprel, 15:02

Anar Xələfov: Xüsusi təhsil təşkil edilərkən tibbi diaqnozlar deyil, xüsusi təhsil ehtiyacları nəzərə alınır 

14 aprel, 14:57

BMU əməkdaşlarının beynəlxalq jurnallarda məqalələrinin sayı artıb

14 aprel, 14:55

UNEC tələbəsi ölkə çempionu oldu

14 aprel, 14:53

AzMİU “EURIE 2025 – Avrasiya Ali Təhsil Zirvəsi”ndə təmsil olunub

14 aprel, 14:40

Komitə: Erkən evliliklərin sayı son 15 ildə 5-6 dəfə azalıb

14 aprel, 14:32

Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşdü

14 aprel, 14:24

“Bir Könüllü”nün idarə heyətinə üzv seçiminə start verilib

14 aprel, 14:20

“Bədii yaradıcılıq müsabiqə-festivalı”nın münsifləri NDU-da olublar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.