Bütün xəbərlər
25 aprel, 12:59

Aprelin 24-də Naxçıvan Dövlət Universitetində (NDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Gənclərin karyera inkişafında təhsilin və innovasiyanın rolu” mövzusunda forum keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, forum NDU-nun və Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı, həmçinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Təşkilatçı və dövlət qurumlarının rəhbərlərinin, universitetin müəllim-tələbə heyətinin iştirakı etdiyi forum gənclərdə hüquqi savadlılıq, vətəndaşlıq məsuliyyəti və milli dəyərlərə bağlılığın artırılması məqsədi daşıyıb.

Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə açılış nitqi söyləyən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev forumun təşkilini, mövzunun aktuallığını və bu yöndə aparılan müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirib, universitetdə belə görüşlərin diqqətdə saxlanıldığını qeyd edib. Rektor bildirib ki, karyera üçün tələbə təşəbbüslərinin dəstəklənməsi önəmlidir və universitetdə bunun üçün çox geniş imkanlar təklif olunur, həmçinin uğurlu nəticələr var. Xüsusilə tələbə təşkilatlarının Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəaliyyətləri uğurludur. Universitetin ENACTUS komandası ardıcıl olaraq 5 dəfə “Enactus Azərbaycan Milli Yarışı”nın qalibi olub, dünya çempionatında ölkəmizi təmsil ediblər. Universitetdə iki yeni Avropa Tibb Tələbələri Assosasiyası (EMSA) və Avropa Hüquqşünas Tələbələr Asossiasiyası  (ELSA) tələbə təşkilatı üzvlüyü təsdiq olunub. Ötən il tələbələrimiz 8 qrant müsabiqəsinin qalibi olublar, bir neçə il ard-arda Azərbaycanda “İlin Tələbə Gənclər Təşkilatı" seçilib və xüsusi mükafata layiq görülüblər. Universitetin TGT-nin vaxtı ilə olan sədri Gənclər üçün Prezident mükafatına layiq görülüb.  Bütün bunlar gənclər üçün stimuldur və universitetdə bu gün rəhbər heyətdə çalışan gənclər var. 

100-dən çox gəncin iştirak etdiyi forumda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək, ölkədə ardıcıl inkişafı izlənilən Gənclər strategiyası barədə məlumatları bölüşüb. Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycanda 2 fevral Gənclər Gününün təsis olunması, “Gənclər siyasəti haqqında” qanun və gənclərlə bağlı müxtəlif dövlət proqramlarını diqqətə çatdırıb. Azər Əliyev sürətlə rəqəmsallaşan dünyada gənclərin peşəkar inkişafına dəstək göstərmək üçün təhsil və innovasiyanın vacibliyindən söhbət açıb.

Tədbir “Təhsil və İnnovasiya: Gənclərin karyera inkişafında yeni perspektivlər” mövzusunda panel müzakirəsi ilə davam edib. Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri səlahiyyətlərini icra edən, nazir müavini Fərid Bağırzadə və Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Rahid Ələkbərli mövzu ətrafında çıxış edib, fikir mübadiləsi aparıblar. Çıxışlarda natiqlər təhsil və innovasiyanın gənclərin peşəkar inkişafındakı əhəmiyyətini vurğulayıb, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən layihələrin bu sahədə yaratdığı imkanları diqqətə çatdırıb və gənclərin karyera inkişafında qarşıya qoyulan əsaslı çağırışlardan bəhs ediblər. 

Daha sonra mövzu üzrə sual-cavab sessiyası keçirilib. Gənclər onları maraqlandıran mövzularda suallar ünvanlayıb və ətraflı cavablar alıblar. Sonda Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən tədbirdən xatirə olaraq tərəfdaşlara hədiyyə təqdim olunub, foto çəkilib.

1 /9

Şərhlər

Xəbər lenti

31 iyul, 11:35

4-cü Azərbaycan-Türkiyə birgə beynəlxalq qrant müsabiqəsi elan edilir

31 iyul, 11:21

Kənd məktəbinin Avropa çempionu olan məzunu: “Əziyyət çəkməsən, uğur qazana bilməzsən”

31 iyul, 10:59

Universitetlərə ixtisas seçiminin tarixləri AÇIQLANDI

31 iyul, 10:36

Uğurlu karyera ali təhsilsiz də mümkündür: Peşə təhsilinin artan imkanları

31 iyul, 09:31

9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi başladı

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.