Bütün xəbərlər
13 avqust, 09:18

Tətil zamanı məktəblilərin vaxtının səmərəli və faydalı keçməsinə yardım edən vasitələrdən biri də onlayn oyunlardır. Ekran qarşısında keçirilən vaxtın məhdudlaşdırılmasına tərəfdar olan mütəxəssislərlə yanaşı, onlayn oyunların uşaqlara faydası haqqında gətirilən arqumentlər də az deyil. 2024-cü ilin statistikasına görə, belə oyunlar üçün əsas platformalardan sayılan “Roblox”da hər gün 70 milyona yaxın uşaq oyun oynayır. Bəs bu platforma və oyunların uşaqların inkişafına hansı təsiri ola bilər? Funtech.co.uk saytı bu platformadakı bir çox oyunları təhlil edərək onların uşaqlara aşıladığı keyfiyyətləri göstərib.

  • Oyunlar uşaqlara yaradıcılığı öyrədir.

“Roblox”-da oyunçulara yaradıcı olmağa imkan verən mühit yaradılıb. Uşaq “Roblox Studio”da təkcə ayrı-ayrı strukturlar deyil, başqalarının oynaya biləcəyi oyunlar da yarada bilər. Uğurlu oyunlar “Roblox” icmasında paylaşıla bilər. Burada uşaqlara sadə kodlaşdırma məşqlərinə başlamağa imkan verən yaradıcı oyunlar cəmlənib. “Minecraft” kimi oyunlar uşaqlara bir neçə sadə kliklə mürəkkəb strukturlar yaratmağa imkan verir. Platformada “Roblox Studio”-dan başqa “Built a boat for treasure”; “Theme park tycoon 2” kimi oyunlarla yaradıcılığı genişləndirmək və kreativliyi gücləndirmək olar.

  • Uşaqlara liderlik və komandada işləmək bacarıqları öyrədilir.

Hansı oyunu oynamasından asılı olmayaraq burada uşaqlardan əməkdaşlıq və komanda işi tələb olunur. Fərdi oyunlar mümkün olsa da, əksər oyunçular sosial qarşılıqlı əlaqə və oyunda məqsədə çatmaqda bir-birlərinə kömək etmək üçün komandaya qoşulurlar. Uşaqlar müxtəlif səviyyələrdə oynamaq üçün özləri də komanda yarada bilərlər.

Bina tikmək və ya şəhərsalma kimi bir layihənin reallaşdırılması onlarda liderlik bacarıqlarını inkişaf etdirə, tapşırıqları effektiv yerinə yetirməyi və bir-birinin fərdi bacarıqlarından istifadəni öyrədə bilər. Platformadakı “Adopt Me”, “Brookhaven RP”, “Bloxburg” kimi oyunlar komanda oyunu olmaqla uşaqlara bir çox vacib keyfiyyətlər aşılayır.

  • “Roblox” uşaqlara kod yazmağı öyrədir.

Bu platformanı uşaqlar üçün cəlbedici edən səbəblərdən biri onun istifadə etdiyi kodun sadəliyidir.

“Roblox” öz oyunçuları üçün yaradılmış xüsusi versiya olan Lua adlı proqramlaşdırma dilindən istifadə etməklə qurulub. Oyunçu vizual dünya yaratmaq seçimlərindən, həmçinin əvvəlcədən təyin edilmiş forma və menyulardan istifadə edir. Bu proqramlaşdırma bilikləri getdikcə daha da mürəkkəbləşir və onlara tam Lua kodu skriptləri yazmağa imkan verir.

Əgər övladınız İT və kompüter texnologiyalarına xüsusi maraq göstərirsə, bu oyunlar kiçik yaşlardan kodlaşdırmanı öyrənmək və kompüter bacarıqlarını inkişaf etdirməkdə onlara faydalı ola bilər. Texnologiyadan asılı cəmiyyətdə kiçik yaşlardan kodlaşdırmanı öyrənmək gələcək karyerasında ona böyük üstünlük yarada bilər. “Code Kingdoms”, “Learn and play Roblox coding”, “Roblox coding and tutorials” kimi oyunlar bu bacarıqların qazanılmasında uşaqlara yardım edə bilər.

  • “Roblox” uşaqlara ümumi kompüter bacarıqlarını öyrədir.

Bu platformadakı oyunlar yazmaq sürəti, riyaziyyat və hətta sənət yaradıcılığı da daxil olmaqla bir sıra bacarıqların inkişafına kömək edir. Övladınızın bütün vaxtını kompüterdə keçirməməsi vacib olsa da, ona yazmaq, yaratmaq və oynamaq üçün azadlıq vermək, əslində onlara texnologiyanın dilini mənimsəməyə imkan yaradır. Bunlara misal olaraq “Work at a Pizza Palace”, “Super hero Tycoon”, “Be swarm simulator” kimi oyunları göstərmək olar.

  • Video oyunlar uşaqlarda və gənclərdə məntiqi təfəkkür bacarıqlarının inkişafına da kömək edə bilər. Məktəblərdə, iş yerlərində və hətta orduda video oyunlar insanların fiziki və zehni reflekslərini və digər bacarıqlarını təkmilləşdirmək üçün istifadə olunur.

Pazl həlli, strategiya, qaynaqlar və metodlar bir çox video oyunlarının mühüm hissəsidir.

Proqramlaşdırma məntiqi düşünməyə, eləcə də nəyin işlədiyini və nəyin işə yaramadığını yoxlamağa və sınaqdan keçirməyə əsaslanır. Bununla belə, məntiq həm də problemləri həll etmək və müəyyən maneələri aşmaq təcrübələrini öyrədir. Video oyun uğursuz olduqda oyunçuya lazımi mərhələyə çatana qədər cəhdlərini təkrarlamağa imkan verir. Bu təhlükəsiz mühit tənqidi düşüncə və məntiqi inkişaf etdirmək üçün ən yaxşı məşq imkanıdır. “Tower of hell”, “Escape room”, “Mining simulator” və “Obby” kimi oyunlar bu keyfiyyətlərin formalaşmasına yardım edə bilər.

  • Burada uşaqlara riyaziyyat öyrədilir.

Kodlaşdırma və riyaziyyat çox vaxt bir-birini gücləndirməyə kömək edir. Bununla belə, akademik mühitdə tədris olunduqda hər ikisi uşaqlar üçün darıxdırıcı və cansıxıcı ola bilər. Buna görə də bir çox məktəblər öz şagirdlərini “Minecraft” kimi digər sevimli oyunlarının xüsusi təhsil versiyalarını oynamağa sövq edir. “Roblox” riyaziyyatdan istifadəni təşviq edir. Oyunlarda studiyanın ölçüsü, müəyyən bir tapşırıq üçün lazım olan əşya sayı, rəqiblərin döyüşdə aldığı zərər və ya müəyyən əşyaların oyundaxili valyuta ilə neçəyə başa gəldiyini hesablamaq tələb olunur. “Math Obby”, “Algebra simulator”, “Number blocks Roblox”, “Tower Defence Simulator” kimi oyunlar hesablama qabiliyyətinin formalaşmasında faydalıdır.

  • “Roblox” oxu və yazı bacarıqlarının inkişafına təsir edir.

Pedaqoqlar bildirir ki, uşaqlar əylənərkən daha asan və rahat öyrənirlər. Əgər uşağınız “Roblox”-da irəliləməkdə maraqlıdırsa, onlar ekranda görünən yazılı təlimatları başa düşməlidirlər. Onlar dostları ilə oynayarkən komanda oyununun bir hissəsi kimi mesajları oxumaq və yazmaq üçün söhbət funksiyasından istifadə etməli olacaqlar. Yuxarıda adları çəkilən oyunlarla yanaşı, “Roblox High school-2”; “Brookhaven RP” oyunları bu bacarıqların qazanılmasına təsir edir.

  • Roblox zehni inkişafı dəstəkləyir.

Bu oyunlar uşaqlardan çətinliklərin öhdəsindən gəlməyi tələb edir. Uşaqlar irəliləmək üçün onlara kömək edən göstərişlər və fəndlər tapmalı olacaqlar. Bu, onları axtarış üçün Wikipedia və ya YouTube kimi saytlara yönəldə, övladınızı ən yaxşı məlumatı araşdırmağa həvəsləndirə bilər. “Roblox Trivia”, “Brain test Obby”, “SharkBite” kimi oyunları sadalamaq olar.

Amma unutmaq olmaz ki, onlayn oyunlarda uşaqların təhlükəsizliyini təmin etmək üçün valideyn nəzarəti və şəxsi məlumatların qorunması olduqca vacibdir.

Mənbə: “Azərbaycan məktəbi” jurnalı

Şərhlər

Xəbər lenti

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

16 sentyabr, 11:49

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

16 sentyabr, 11:45

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə imtahanda iştirak edənlərin 90%-i uğursuz nəticə əldə edib

16 sentyabr, 11:35

491 xarici kvalifikasiyanın tanınması barədə mənfi rəy verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.