Bütün xəbərlər
14 fevral, 13:53

Yüksək Texnologiyalar Parkı və aparıcı ali təhsil müəssisələri arasında "SABAH.city" layihəsi çərçivəsində əməkdaşlığa dair Anlaşma Sazişi imzalanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, sazişə əsasən, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İT, mühəndislik və elm istiqamətləri üzrə seçilmiş SABAH qruplarının proqramları 2026-cı ildən etibarən YTP ərazisində yaradılacaq “SABAH.city” şəhərciyində tədris olunacaq.

Tədbirin açılışında çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova bu əməkdaşlığın biznes mühiti ilə elm və ali təhsil arasında yeni körpü quracağını vurğulayıb. 

Daha sonra ali təhsil müəssisələrinin rektorları layihənin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov layihə haqqında geniş təqdimat edərək bildirib ki, “SABAH.city” şəhərciyində startaplar üçün məkanlar, tədqiqat və inkişaf laboratoriyaları, tədris sahələri, ictimai zonalar və idman mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bu yanaşma müxtəlif sahələrin inteqrasiyasını təmin edəcək və dayanıqlı ekosistemin formalaşmasına imkan yaradacaq.

Qeyd edək ki, bakalavr və magistrləri əhatə edən bu təşəbbüs tədqiqat və innovasiya yönümlü akademik mühitin inkişafına, iştirakçı universitetlərdə qabaqcıl akademik ekosistemin qurulmasına və tələbələrin daim yenilənən əmək bazarına hazırlığına töhfə verməyi hədəfləyir.

1 /2

Şərhlər

Xəbər lenti

27 iyun, 23:02

Müəllimlərin işə qəbulu müsabiqəsinin vaxtları AÇIQLANDI

27 iyun, 20:44

Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb

27 iyun, 10:21

Sertifikasiyada könüllü iştirak edib yüksək bal topladılar

27 iyun, 09:42

Ata və qızı sertifikatlaşdırma imtahanında yüksək bal toplayıb

27 iyun, 09:39

BSU-da “Məzun günü” tədbiri keçirilib

26 iyun, 18:45

BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır

26 iyun, 13:21

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

26 iyun, 11:10

LDU-da “Məzun günü” keçirilib

26 iyun, 10:51

Sertifikasiyada neqativ hal: 7 müəllimin nəticəsi ləğv ediləcək

26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu

26 iyun, 10:15

Sinifdə də, səngərdə də qəhrəman müəllim 

26 iyun, 09:11

BDU-da “Məzun günü” keçirilib

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.