Bütün xəbərlər
24 yanvar, 15:51

Tədris və ya təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbdə tədrisin təşkili, nəzarəti və əlaqələndirilməsində əsas məsuliyyəti daşıyan və məktəb kollektivinin vacib üzvlərindən biri hesab olunur. Onun əsas vəzifəsi tədris prosesinin səmərəli təşkili, müəllimlərin metodiki fəaliyyətinin istiqamətləndirilməsi, şagirdlərin bilik səviyyəsinin artırılması və təlimin keyfiyyətinin idarə edilməsidir. Onun vəzifə səlahiyyətləri, əmək funksiyası və hüquqları “Təhsil haqqında” Qanuna, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” və təhsilə dair digər hüquqi-normativ aktlar əsasında tənzimlənir.

"Azərbaycan müəllimi" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə 20 dekabr 2017-ci il tarixli qərarında ümumtəhsil müəssisələrində fəaliyyət göstərən tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavininin əmək funksiyası aşağıdakı kimi müəyyən olunub:

Direktor müavinlərinin işə qəbulu üzrə sənəd qəbulu aparılır

- Tədris (təlim-tərbiyə) və metodiki işləri təşkil edir;
- Tədris planları və proqramlarının (kurikulumların) yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirir, operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verir;
- Təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirir; 
- siniflərin optimal komplektləşdirilməsini təmin edir, tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlini tərtib edir, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti həyata keçirir;
- Fənn kabinetlərinin zənginləşdirilməsi və səmərəli istifadəsini təmin edir;
- Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər verir, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, gənc müəllimlərlə və valideynlərlə pedaqoji işin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir;
- Pedaqoji işçilərin təkmilləşmələrinə, ixtisasartırma təhsilinə, yeni fənn kurikulumları ilə əlaqədar treninqlərə cəlb olunmalarına, eləcə də peşəkarlıq səviyyələrinin artırılması üçün nəzərdə tutulan digər tədbirlərdə iştirakına nail olur;
- Təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılmasını təmin edir, şagirdlərin yarımillik, illik və yekun qiymətləndirilməsinin uçotunu aparır, buraxılış imtahanlarına hazırlıq işlərini təşkil edir;
- Təlimin keyfiyyətinin idarə olunması məqsədilə monitorinq-qiymətləndirmə aparılmasını təmin edir.

Bununla yanaşı təlim-tərbiyə işləri üzrə direktor müavini aşağıdakıları bilməlidir:

Bu xəstəxanalara direktor və direktor müavinləri təyin edildi - SİYAHI |  KONKRET

- “Təhsil haqqında”, “Gənclər siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; 
- təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; 
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; 
- Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sisteminin inkişaf etdirilməsini; 
- müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını; 
- qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması sahəsində müasir tələblərə uyğun mexanizmlərin yaradılmasını; pedaqoji kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni mexanizmin beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdirilməsini; 
- təhsil proqramlarının və dərsliklərin müasir tələblər baxımından yeniləşdirilməsini; 
- şagirdlərin idrak fəallığını artıran sistemli tədbirlərin görülməsini; 
- tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunmasını; 
- istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramların yaradılmasını; 
- ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları); 
- orta təhsil üzrə qüvvədə olan dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları); 
- ümumi təhsil müəllimləri üçün fəal (interaktiv) təlim texnologiyaları və inklüziv təhsil üzrə məqsədli ixtisasartırmanın təmin edilməsini; 
- müəllimlərin informasiya-kommunikasiya texnologiyaları bacarıqlarına yiyələnməsi üçün çevik sistemin yaradılmasını; 
- müəllimlərin təkmilləşdirilməsinin beynəlxalq standartlarla uzlaşdırılmasını; 
- idarəetmənin təşkilini, tədris proqramları və tədris-metodiki sənədlərlə işi, məktəbdaxili nəzarəti; 
- müəllimlərin əməyinin tarifləşdirilməsi metodlarını, qabaqcıl təlim-tərbiyə metodlarını, pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini, uşaqların asudə vaxtlarının səmərəli təşkili yollarını; 
- İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
- təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; 
- əmək qanunvericiliyini; 
- təhsilin iqtisadiyyatının və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də statistikanın əsaslarını; 
- əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını

Təlim-tərbiyə işləri üzrə direktor müavininin fəaliyyəti məktəbin tədris və idarəetmə proseslərinin keyfiyyətli təşkili və inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir. Bu vəzifəni icra edən şəxsin geniş biliklərə, yüksək təşkilatçılıq bacarığına və məsuliyyətə sahib olması məktəbin ümumi uğuruna birbaşa təsir edir. Məktəbin bu rəhbər şəxsləri təhsilin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin potensialının tam şəkildə reallaşmasına və pedaqoji kollektivin iş fəaliyyətinin səmərəliliyinə görə məsuliyyət daşıyırlar.

Şərhlər

Xəbər lenti

27 may, 21:21

Gələcək müəllimləri buraya nə gətirir? - “Dəstək mərkəz”indən REPORTAJ

27 may, 20:23

Məcburi köçkün məktəbləri üçün mina təhlükəsi ilə bağlı təlim keçirilib

27 may, 18:51

Lisey və gimnaziyalara qəbulla bağlı RƏSMİ AÇIQLAMA

27 may, 18:30

Universitet–məktəb əməkdaşlığı: təcrübə və örnəklər

27 may, 18:00

Riyaziyyatçı alimin məqaləsi beynəlxalq jurnalda çap olunub

27 may, 16:45

Gənclərin ixtisas dilemması: Kim olmaq istəyirsən?

27 may, 16:25

Zorakılığı tərbiyə vasitəsi kimi qəbul etmək olarmı?

27 may, 16:03

III “Maarifçi” tələbə-məzun təcrübə proqramının nəticələri elan olunub

27 may, 15:51

“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı işlər hansı mərhələdədir? – Millət vəkili açıqladı

27 may, 15:37

Heydər Əliyev Fondunun şöbə müdiri: Talıstan Liseyi ən müasir tələblərə cavab verir

27 may, 15:31

Təhsil müəssisələrində Müstəqillik Günü qeyd olunub

27 may, 15:27

BMU tələbələrinin ifasında “Qürur və qərəz” tamaşası nümayiş olunub

27 may, 15:08

BDU-da Karyera Festivalı keçirilib

27 may, 14:57

Məktəblilərimiz beynəlxalq turnirdə 11 medal qazanıblar

27 may, 14:25

“Əxlaq qiymətləri” – Qəzetin arxivindən

27 may, 13:52

“Qarabağın dirçəlişi üçün korporativ dəstək: ianə və təşviqat” mövzusunda tədbir keçirilib

27 may, 13:25

Cəmiyyətin yarası: Erkən nikahın izləri 

27 may, 13:08

İllər sonra doğma universitetdə qələbə sevinci yaşayan nənə

27 may, 12:55

Koç Universitetinin rektoru BANM-də olub

27 may, 12:55

Peşə təmayüllü siniflərdə interaktiv dərslər təşkil olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.