Bütün xəbərlər
4 sentyabr, 12:05

UFAZ-ın tədqiqatçı-müəllimi, kimya elmləri doktoru Dünya Babanlı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Neft-mexanika” fakültəsinin nəzdində fəaliyyət göstərən “Nanomateriallar və nanotexnologiyalar” elmi-tədqiqat laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Elnur Oruclunun həmmüəllifi olduqları elmi məqalə “Springer Nature” nəşriyyatının “International Journal of Thermophysics” jurnalında dərc olunub.

Bu barədə “Azərbaycan müəllimi”nə UFAZ-dan məlumat verilib.

“Sb2Te3 ilə zəngin germanium sürmə telluridlərinin standart termodinamik funksiyaları: EHQ ölçmələri” adlı məqalə Web of Science və Scopus bazalarında indekslənən, Q2 kvartilinə daxil olan və impakt faktoru 2.9 olan bu nüfuzlu jurnalda çap olunmaqla, tədqiqatın elmi dəyərinin beynəlxalq səviyyədə tanındığını göstərir.

Məqalədə müasir elektronika sahələrinin, xüsusilə də spintronika və kvant kompüterlərinin yaradılmasında perspektivli hesab olunan, tetradimitəbənzər laylı kristal quruluşa malik metal xalkogenid materialların fundamental termodinamik xassələrinin tədqiqinə yer verilib. Araşdırmalar germanium, sürmə və tellurium elementlərindən ibarət Sb₂Te₃ ilə zəngin Ge–Sb–Te sistemli yarımkeçirici telluridlərin termodinamik davranışını öyrənməyə yönəlib.

Belə ki, bunun üçün ilk öncə fiziki-kimyəvi analiz metodlarından istifadə etməklə GeSb2Te4–Sb2Te3–Te sistemində bərk faza tarazlıqları müəyyənləşdirilib. Növbəti mərhələdə isə EHQ ölçmələri aparmaqla GeSb2Te4, GeSb4Te7, GeSb6Te10 birləşmələrinin və Sb2Te3-əsasında bərk məhlulların standart əmələgəlmə Gibbs sərbəst enerjisi, entalpiyası və mütələq entropiyasının qiyməti hesablanıb. Əldə olunmuş nəticələr qarşılıqlı tənzimlənmiş kəmiyyətlər kompleksi olub, müvafiq maddələrin fundamental fiziki-kimyəvi göstəriciləridir.

Bu tədqiqat Sb₂Te₃-lə zəngin Ge–Sb–Te sisteminin molekulyar səviyyədə başa düşülməsinə və bu materialların praktiki tətbiq imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.

Şərhlər

Xəbər lenti

6 sentyabr, 19:33

Şəkidə 11 nömrəli tam orta məktəbin 100 yaşı qeyd edildi

6 sentyabr, 10:19

Şərqi Zəngəzurda təhsil işçilərinin sentyabr konfransı keçirilib

5 sentyabr, 18:47

Paytaxtda sentyabr konfransının ikinci günündə nələr müzakirə edildi?

5 sentyabr, 17:49

BŞTİ-də kitabxanaçı müsahibəsinin apellyasiya mərhələsi başlayır

5 sentyabr, 17:44

Peşə təhsili müəssisələrində yeni tədris ili öncəsi təlimlər keçirilib

5 sentyabr, 16:42

43 yaşında 9-cu sinif məzunu oldu – Şəhla Mirzəyevanın uğur hekayəsi

5 sentyabr, 16:27

ADNSU və 4SİM əməkdaşlıq imkanlarını müzakirə edib

5 sentyabr, 14:29

TİF ilə Dünyagöz xəstəxanası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

5 sentyabr, 14:12

Mingəçevir Dövlət Universiteti əmək yarmarkasında təmsil olunub

5 sentyabr, 13:53

Türkiyə-Azərbaycan Universiteti müəllim vakansiyası elan edir

5 sentyabr, 13:48

Məktəb qapısından evədək: Uşaqların təhlükəsizliyi necə qorunur?

5 sentyabr, 12:25

Sinfi necə idarə edəcəyəm? – Gənc müəllimlərin ilk dərs günü 

5 sentyabr, 12:06

Böyük xərc, kiçik diplom: Sərmayənizi təhlükəyə atmayın!

5 sentyabr, 11:57

33 nəfər DP-də iştirakdan imtina edib, əvəzinə yeni namizədlər seçilib

5 sentyabr, 11:48

ICPC dünya finalının bağlanış və mükafatlandırılma mərasimi keçirilib

5 sentyabr, 11:28

Bu universitetə yeni prorektor təyin olunub

5 sentyabr, 11:20

Yeni Nobel mükafatçılarının adları bu tarixlərdə açıqlanacaq

5 sentyabr, 10:42

Dissertasiya yazmaq biznesə çevrilib: Şirkətlər yazır, tələbələr müdafiə edir

5 sentyabr, 10:30

Diplomat olmaq istəyən gənc: Azərbaycandan Koreyaya uzanan yol

5 sentyabr, 09:59

Bu regionun kənd məktəbləri şəhər məktəblərini geridə qoydu 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.