Bütün xəbərlər
7 avqust, 12:32

Uşaq və yeniyetmələrin yaradıcılıq potensialının dəstəklənməsi, həmçinin onların istedadının üzə çıxarılması məqsədilə təşkil edilən Uşaq İncəsənət Festivalı çərçivəsində seçmə turun ikinci mərhələsi davam edir.

“Azərbaycan müəllimi” xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə həyata keçirdiyi Uşaq İncəsənət Festivalı layihəsi respublikamızın müxtəlif bölgələrindən olan istedadlı uşaqları birləşdirən genişmiqyaslı proqramdır. Bu platforma gənc istedadlara öz qabiliyyətini göstərmək, yaradıcılıq potensialını inkişaf etdirmək və peşəkar sahədə ilk addımlarını atmaq imkanı yaradır.

İkinci mərhələ çərçivəsində müxtəlif incəsənət sahələri üzrə həm həvəskarlar, həm də peşəkar iştirakçılar arasında seçim davam edir. Münsiflər heyəti iştirakçıların təkcə texniki hazırlığını deyil, həm də səhnə mədəniyyətini, bədii zövqünü və yaradıcı yanaşmasını qiymətləndirir.

Festivala qatılmaq üçün qeydiyyatdan keçmiş fərdi iştirakçıların ümumi sayı 21 559 nəfər olub. Onlardan 16 117 nəfəri birinci mərhələdə iştirak edib, 8 596 iştirakçı ikinci tura yüksəlib.

Kollektiv iştirakçılara gəlincə, qeydiyyatdan keçmiş qrupların ümumi sayı 294 olub. Onlardan 255-i seçimin birinci mərhələsində iştirak edib, 3032 iştirakçının daxil olduğu 215 qrup növbəti mərhələyə keçib.

Qeyd edilib ki, seçim turunun ikinci mərhələsi sentyabrın əvvəlinə qədər davam edəcək.

Festivalın bütün mərhələləri uşaqların yaradıcılıq potensialının dəstəklənməsinə və incəsənət ustalarının yeni nəslinin formalaşmasına mühüm töhfə verir.

1 /9

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.