Niderland peşə təhsili üçün GPT-4 əsaslı platforma hazırlayıb

21 İyul, 2026 - 14:03
Niderland peşə təhsili üçün GPT-4 əsaslı platforma hazırlayıb

Niderland peşə təhsilində istifadə üçün GPT-4 texnologiyası əsasında xüsusi süni intellekt platforması yaradıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) "Süni intellektlə peşə təhsili və təliminin inkişafı" hesabatında öz əksini tapıb.

OECD bildirir ki, ölkədə fəaliyyət göstərən "SBB Chat" platforması peşə kvalifikasiyalarının hazırlanması, sənədlərin müqayisəsi və müxtəlif texniki proseslərin avtomatlaşdırılması üçün istifadə olunur. Bununla yanaşı, "EduGenAI" adlı təhlükəsiz platforma vasitəsilə "ChatGPT", "Copilot", "Gemini" və digər Sİ alətləri vahid mühitdə birləşdirilib.

Hesabatda vurğulanır ki, AI tərəfindən hazırlanan bütün materiallar istifadədən əvvəl müəllimlər və ekspertlər tərəfindən yoxlanılır və təsdiqlənir.