Oreqon sahillərindəki sualtı vulkan 2025-ci ildə püskürə bilər
Elm adamları Oreqon sahillərindən 300 mil uzaqlıqda, okean səthindən bir mil dərinlikdə yerləşən Axial Seamount vulkanının 2025-ci ildə püskürəcəyini proqnozlaşdırırlar.
“Azərbaycan müəllimi” newsnationnow.com-a istinadən xəbər verir ki, son altı ayda sözügedən bölgədə seysmik aktivlik müşahidə olunur.
Axial sonuncu dəfə 2015-ci ildə püskürüb. Hazırda isə onun hündürlüyü artmaqdadır. Bu, yeraltı maqmanın təzyiqlə toplandığını və püskürmənin çox yaxın olduğunu göstərir.
Vulkan insanlara təhlükə yaratmasa da, alimlər üçün püskürmə proqnozlarını təkmilləşdirmək üçün nadir fürsətdir.
Qeyd edək ki, Axial Sakit okeanın ən aktiv vulkanik zonalarındandır. O, həmçinin dünyanın ilk sualtı müşahidə stansiyasına ev sahibliyi edir.
Alimlər bildirirlər ki, püskürmə zamanı okean dibində yarıq yaranacaq və beləcə vulkan lava sızdıraraq yeni elmi məlumatların toplanmasına şərait yaradacaq.



