Ötən il 133 şagirdin dərsə davamiyyəti bərpa olunub
2025-ci ildə Azərbaycanda 133 şagirdin dərsə davamiyyəti bərpa olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Dost tv-nin canlı efirində deyib.
Onun sözlərinə görə, "təhsildə sosial iş" xidməti çərçivəsində 1 400 risk qrupunda olan uşaq qiymətləndirilib: "Onların təhsildən yayınmasının qarşısı alınıb, Bakıda və bölgələrdə ailələrlə birgə iş aparılıb. Ümumilikdə 1100 məktəbi əhatə etmişik".


