Ötən il 193 nəfərə elmi dərəcə verilməsindən imtina edilib
2024-cü ildə elmi dərəcə verilməsindən imtina halları üzrə statistik göstəricilər açıqlanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından “Azərbaycan müəllimi”nə verilən məlumata görə, ən çox imtina halı filologiya elmləri sahəsində qeydə alınıb. Bu sahədə 41 müraciət mənfi cavab alıb.
Filologiyadan sonra 29 imtina halı tibb elmləri, hər birində 18 hal olmaqla biologiya və iqtisad elmlərində də imtina qeydə alınıb.
Bundan başqa, riyaziyyat, fizika, kimya, aqrar elmlər, texnika elmləri, tarix, antropologiya, iqtisadiyyat və s. sahələr üzrə də imtina halları olub.
Ümumilikdə ötən il 193 nəfərə elmi dərəcə verilməsindən imtina edilib



