Ötən il 5 yaşlı uşaqların təhsilə cəlb edilmə səviyyəsi 87%-ə çatdırılıb

14 Mart, 2025 - 11:20
Ötən il 5 yaşlı uşaqların təhsilə cəlb edilmə səviyyəsi 87%-ə çatdırılıb
Ötən il 5 yaşlı uşaqların təhsilə cəlb edilmə səviyyəsi 87%-ə çatdırılıb

2024-2025-ci tədris ilində dövlət büdcəsinin vəsaiti hesabına 3140 ümumi təhsil müəssisəsində 5333 sinifdə 91,5 min uşaq məktəbəhazırlığa cəlb edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyətinə dair hesabatda öz əksini tapıb. 

Qeyd edilib ki, bununla da 5 yaşlı uşaqların təhsilə cəlb edilmə səviyyəsi 87%-ə çatdırılıb.

Eyni zamanda, icma əsaslı məktəbəqədər təhsil müəssisələrində ümumilikdə 890 mərkəz (ümumi təhsil müəssisəsi) olmaqla, 1177 qrupda 3-4 yaşlı uşaqların sayı 20 minə çatdırılıb.