Övladını dövlət dəstəyi ilə özəl bağçalara qoymaq istəyənlərin nəzərinə! – Tarix AÇIQLANDI

12 Sentyabr, 2025 - 11:14
12 Sentyabr, 2025 - 11:14
 0  6.2k
Övladını dövlət dəstəyi ilə özəl bağçalara qoymaq istəyənlərin nəzərinə! – Tarix AÇIQLANDI
Övladını dövlət dəstəyi ilə özəl bağçalara qoymaq istəyənlərin nəzərinə! – Tarix AÇIQLANDI

“Dövlət məktəbəqədər təhsil müəssisələrində təxminən 120 min uşaq təlimə cəlb olunub”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən “2025–2026-cı tədris ili: yeniliklər və hədəflər” adlı tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov səsləndirib.

O qeyd edib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin daha da genişləndirilməsi üçün işlər görülür:

“Əhatə dairəsinə görə ikinci yerdə məktəbəhazırlıq qrupları dayanır və bu qruplarda yeni tədris ilindən 12 minə yaxın uşaq təlimə cəlb ediləcək. Üçüncü mühüm istiqamət icma əsaslı təlim qruplarıdır. Ötən il bu layihə çərçivəsində 1000 uşaq iştirak etmişdisə, bu il yeni tədris ilindən həmin qruplarda təxminən 22 min uşaq təlimə cəlb olunacaq”.

O əlavə edib ki, ötən il ilk dəfə dövlət-özəl tərəfdaşlığı çərçivəsində məktəbəqədər yaşlı uşaqların özəl təhsil müəssisələrində təlimə cəlb edilməsi həyata keçirildi. Ötən il 1 500 uşaq bu layihədən yararlanmışdı. Planlaşdırılır ki, bu il oktyabr ayından etibarən təxminən 4 000 uşaq həmin platformadan faydalansın:

“Eyni zamanda mövcud ənənəvi bağçalarda infrastruktur tədbirlərimiz davam edir: tələbat olmayan kənd yerlərində qruplar bağlanır, daha yüksək tələbat olan bağçalarda isə əlavə qruplar açılır. Nəticədə minlərlə uşaq məktəbəqədər təhsilə cəlb edilir”.