Oxu savadlılığında problemlər var – Emin Əmrullayev
"Bəzi bölgələrdə oxu savadlılığında ciddi problemlər var".
“Azərbaycan müəllimi xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, ayrı-ayrı bölgələrdə şagirdlərin oxuyub-anlama bacarıqları nəticələri ölkə üzrə göstəriciyə ciddi təsir edir:
"Bəzi bölgələrdə 80 faiz civarında oxuyub-anlama üzrə nəticələr aşağıdır. 88 faizə yaxın göstəricilər də var. Yerdə qalan bölgələrin çəkisi isə daha azdır. Böyük hissəni Bakı, Abşeron-Xızı və digər bölgələr təşkil edir. Ona görə də bu nəticələr ümumi göstəriciyə təsir edir. Regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır. Bu regionlarda əsaslı şəkildə işləmək lazımdır. Sertifikatlaşdırma imtahanlarında da bu məsələ ilə bağlı müəyyən nəticələri görmüşük. Həmin bölgələrdə müəllimlərlə böyük mənada iş aparmaq lazımdır".
Nazir qeyd edib ki, Lənkəran-Astara, Mil-Muğan, Salyan və Masallı kimi bölgələrdə təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsi vacibdir:
"Regionlar üzrə nəticələr təhsildə uzun illər ərzində formalaşmış problemlərin daha aydın görünməsinə imkan verir. Bu istiqamətdə sistemli tədbirlərin görülməsinə ehtiyac var.




