Parisdə Azərbaycan məktəbində “Bülbül” kitabının təqdimatı olub

13 Aprel, 2026 - 11:52
Parisdə Azərbaycan məktəbində “Bülbül” kitabının təqdimatı olub

Parisdə Fransa-Azərbaycan Dialoq Assosiasiyasının nəzdindəki “Natəvan” həftəsonu Azərbaycan məktəbində uşaqlara Azərbaycan dilinin tədrisi üçün nəzərdə tutulan “Bülbül” kitabının təqdimatı keçirilib.Təqdimat Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Fransa-Azərbaycan Dialoq Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

“Azərbaycan müəllimi” xəbər verir ki, təqdimat Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Fransa-Azərbaycan Dialoq Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.Kitabın müəllifi Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən “Qarabağ” məktəbinin Azərbaycan dili müəllimi Emiliya Cəbrayılovadır. Təqdimat zamanı müəllif şagirdlərlə fikir mübadiləsi aparıb, xaricdə böyüyən uşaqlar üçün hazırladığı “Bülbül” kitabının mahiyyətindən danışıb. O, Fransada böyüyən azərbaycanlı uşaqlara ana dilimizi sevərək öyrənməyi, gələcək nəsillərə ötürməyi tövsiyə edib.

Sonra şagirdlərə “Bülbül” kitabı hədiyyə olunub.

Məlumat üçün bildirək ki,Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın adını daşıyan həftəsonu Azərbaycan məktəbində Fransada yaşayan azərbaycanlı uşaqlarla yanaşı, digər millətlərdən olan şagirdlər də təhsil alırlar.Adıçəkilən məktəbdə şagirdlər  Azərbaycan dilini öyrənməklə yanaşı, ölkəmizin zəngin tarixi, coğrafiyası, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə yaxından tanış olurlar.

Parisdə Azərbaycan məktəbində “Bülbül” kitabının təqdimatı olub
Parisdə Azərbaycan məktəbində “Bülbül” kitabının təqdimatı olub
Parisdə Azərbaycan məktəbində “Bülbül” kitabının təqdimatı olub