“Parla” təqaüd proqramının müsahibə mərhələsinə keçənlərin adları AÇIQLANDI

7 Noyabr, 2025 - 12:22
“Parla” təqaüd proqramının müsahibə mərhələsinə keçənlərin adları

Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində icra olunan “Parla” təqaüd və inkişaf proqramı üzrə müsahibə mərhələsinə dəvət olunacaq namizəd qızların siyahısı açıqlanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, siyahı ilə tanış olmaq üçün linkdən istifadə edə bilərsiniz.

Proqram üzrə ümumilikdə 1170 müraciət daxil olub. Seçim meyarlarına uyğun qiymətləndirmə nəticəsində 167 namizəd növbəti mərhələdə iştirak hüququ qazanıb.

Məlumat üçün bildirək ki, növbəti həftə ərzində müsahibə mərhələsinə dəvət alan namizədlərlə əlaqə saxlanılacaq.