"PAŞA Holding"in tələbələr üçün təşkil etdiyi proqram başa çatıb

1 İyul, 2026 - 10:13
"PAŞA Holding"in tələbələr üçün təşkil etdiyi proqram başa çatıb

2025-2026-cı tədris ilini əhatə edən və "PAŞA Holding" tərəfindən artıq dördüncü dəfə təşkil olunan “Əlaçı” proqramının bağlanış tədbiri keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, “Əlaçı” proqramı 3-cü və 4-cü kurs bakalavr tələbələrini əhatə edən və tələbələrin aylıq təqaüdlə təmin edilməsini nəzərdə tutan bir illik təqaüd proqramıdır. 

2025-2026-cı tədris ili üzrə həyata keçirilən “Əlaçı” proqramı çərçivəsində tələbələr üçün onların peşəkar və fərdi inkişafına yönəlmiş tədbir və təlimlər təşkil olunub. Bu il proqrama müraciət edən tələbələrin ümumi sayı 3200-a yaxın, proqrama seçilən tələbələrin sayı isə 100 nəfər təşkil edib.
 
Layihə müddətində 3 aylıq şəxsi inkişaf marafonu, təlimlər, fərdi mentor dəstəyi, karyera simulyasiyası, şəbəkələşmə görüşləri və "PAŞA Holding" şirkətindən olan mütəxəssislərlə görüşlər də təşkil olunub. Bu tədbirlər tələbələrin həm yumşaq bacarıqlarının inkişafı, həm də karyera inkişafını əhatə edib.

Bağlanış tədbiri zamanı rəsmi çıxışlar, təqdimatlar və sertifikatların təqdim olunması həyata keçirildi.
 
Qeyd edək ki, gənc nəslin peşəkar inkişafına önəm verən və bu istiqamətdə müxtəlif layihələr həyata keçirən "PAŞA Holding" “Əlaçı” təqaüd proqramını 2022-ci ildən təqdim edib.

"PAŞA Holding"in tələbələr üçün təşkil etdiyi proqram başa çatıb
"PAŞA Holding"in tələbələr üçün təşkil etdiyi proqram başa çatıb