Peşə mərkəzinin nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir

11 Dekabr, 2025 - 09:59

Qardaşlıq protokolu çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər heyəti və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Türkiyədə işgüzar səfərdədir.

"Azərbaycan müəllimi" xəbər verir ki, səfər çərçivəsində Avtomobil Sənayesi İxracatçıları Birliyi, Peşə və Texniki Anadolu liseyi ziyarət edilib. Məktəbin müxtəlif şöbələri, Tədqiqat və İnkişaf (AR-GE) Mərkəzi və Virtual Reallıq (VR) Mərkəzi yerində araşdırılaraq şagirdlərin praktiki təcrübə mühiti, laboratoriyalar və texnoloji infrastruktur barədə geniş məlumat əldə olunub.

Bununla yanaşı, nümayəndə heyəti Bursa şəhərində Osmanqazi rayon milli təhsil müdiri Mətin Sezər və Nilüfər rayon milli təhsil müdiri Abdullah Şahinlə rəsmi görüşdə olublar.

Görüşdə peşə təhsili sahəsində birgə layihələr, təcrübə mübadiləsi, həmçinin gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Proqram çərçivəsində dünyanın 50-dən çox ölkəsinə elektronika məhsulları ixrac edən "Emko Elektronika" müəssisəsi də ziyarət edilib. Burada istehsal prosesləri, texnoloji avadanlıqlar və müəssisə ilə peşə təhsilinin əməkdaşlıq perspektivləri yerində incələnib.

Bu səfər qardaş iki təhsil müəssisəsi arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və yeni birgə təşəbbüslərin planlaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.