Peşə Mərkəzinin saytında "Elektron tədris sistemi" bölməsi yaradılıb
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin saytında "Elektron tədris sistemi" bölməsi istifadəyə verilib.
"Azərbaycan müəllimi"nə Mərkəzdən verilən məlumata görə, istifadəçilər www.lankaranptm.edu.az saytına daxil olandan sonra "Elektron tədris sistemi" bölməsinə klik edərək mərkəzdə mövcud olan ixtisaslarla tanış ola biləcəklər.
Mərkəzin direktoru Afər Kərimov bildirib ki, sayt istifadəçiləri ixtisaslara klik edərək pdf formatda dərslərə keçid edə bilərlər: "Hazırda mühəndis pedaqoji heyətimiz tərəfindən hazırlanan 300-ə yaxın dərs elektron tədris sistemi bölməsində yerləşdirilib. Bu istiqamətdə işlər davam edir. Bütün ixtisasları əhatə edən dərslər yaxın zamanlarda elektron tədris sisteminə yerləşdiriləcək. Bu platformada tələbələrimiz, digər peşə təhsili müəssisələrinin tələbələri dərsləri buradan təkrarlaya və imtahanlara hazırlaşmaq üçün materiallardan istifadə edə bilərlər".


