Peşə təhsili alanlar Silikon Vadisində təsis olunan məktəbdə təcrübə keçəcəklər

10 İyun, 2026 - 16:55
Peşə təhsili alanlar Silikon Vadisində təsis olunan məktəbdə təcrübə keçəcəklər

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "Holberton School Azərbaycan"la əməkdaşlığa başlayır.

Mərkəzin direktoru Şaban Cəərçiyev "Azərbaycan müəllimi"nə açıqlamasında bildirib ki, əməkdaşlıq çərçivəsində süni intellekt, informasiya texnologiyaları, proqramlaşdırma və kibertəhlükəsizlik sahələrində təhsilverən və təhsilalanlar beynəlxalq təcrübədən faydalanacaq,  onların peşəkar bilik və bacarıqları inkişaf etdiriləcək: "Tərəflər arasında qurulan əməkdaşlıq peşə təhsilinin inkişafına, innovativ yanaşmaların tətbiqinə və rəqəmsal bacarıqların gücləndirilməsinə töhfə verəcək".

Qeyd edək ki, "Holberton School" 2015-ci ildə Silikon Vadisində təsis edilmiş beynəlxalq proqramlaşdırma məktəbidir. "Holberton School Azərbaycan" 2023-cü ildən etibarən "PAŞA Holding"in sponsorluğu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə fəaliyyət göstərir. Hazırda məktəbdə "Foundation", "Python", "Full-Stack Web Development", "Machine Learning" və "Cybersecurity" proqramları üzrə tədris həyata keçirilir və proqramları uğurla başa vuran məzunlara beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.