Peşə təhsili almaq üçün müraciət edənlərin sayı dəfələrlə artıb – Ceyhun Kərəmov
“İyulun 22-dən peşə təhsili müəssisələrinə tələbə qəbulu elan olunub. Birinci mərhələ üzrə 32 min plan yerinə 36 mindən çox şəxs müraciət edib”.
Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bildirib.
Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə müraciət edənlərin sayı dəfələrlə artıb: “Növbəti iki-üç həftə ərzində yerləşdirmə prosesi başa çatacaq və vətəndaşlar sənədlərini müəssisələrə təqdim etməlidirlər. Peşə təhsilinə olan inamın artması bizi sevindirir”.



