Peşə təhsili müəssisələrində işləmək istəyənlər üçün vakansiya seçimi BAŞLADI

14 Avqust, 2026 - 20:55
Peşə təhsili müəssisələrində işləmək istəyənlər üçün vakansiya seçimi

14 avqust tarixindən 2026/2027-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılıb.

Bu barədə "Azərbaycan müəllimi"nə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Test imtahanı mərhələsində uğur qazanaraq müvafiq keçid balını toplayan namizədlər 18 avqust saat 18:00-dək portal.edu.az elektron müraciət portalı vasitəsilə 8 vakant yer seçə bilərlər. Test imtahanı mərhələsinin nəticəsində ümumilikdə  482 namizəd vakansiya seçiminə buraxılıb.

Müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə topladıqları bala əsasən sistem tərəfindən aparılır. Müvafiq vakant yerləri tutan namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

Qeyd edək ki, müsabiqənin müsahibə mərhələsinin 20-27 avqust tarixlərində keçirilməsi nəzərdə tutulmuşdu