Peşə təhsili müəssisələrinə 149 ixtisas üzrə tələbə qəbulu aparılacaq

23 İyul, 2026 - 11:09
Peşə təhsili müəssisələrinə 149 ixtisas üzrə tələbə qəbulu aparılacaq

2026/2027-ci tədris ili üzrə 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün keçirilən brifinqdə məlumat verib.

İ.Bayramlı bildirib ki, 33 120 plan yeri ayrılıb: “Ayrılan plan yerlərinin 3 000-i ilk peşə təhsili səviyyəsinə (15 ixtisas üzrə), 27 260-ı texniki peşə (108 ixtisas üzrə), 2 860-ı isə yüksək texniki peşə təhsili səviyyəsinə aiddir”.

Direktorun sözlərinə görə, cari tədris ili üzrə 28 140 tələbənin qəbul olması planlaşdırılır.