Peşə təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı bilindi

4 Sentyabr, 2026 - 20:16
Peşə təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı bilindi

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 04 - 10 sentyabr (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

•   attestatın əsli;

•  sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

• sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;

•  şəxsiyyət vəsiqəsinin surəti;

•   3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;

•   hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

•  güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qəbulun II mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.