Peşə təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı bilindi

14 Avqust, 2026 - 20:43
Peşə təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı bilindi

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlanıb.

Bu barədə "Azərbaycan müəllimi"nə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqədən uğurla keçən namizədlər 25 avqust 18:00 tarixinədək qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

Müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.