Peşə təhsili tələbələri “Sehrli peşəm” adlı animasiya filmi hazırlayıblar

28 Dekabr, 2024 - 19:37
Peşə təhsili tələbələri “Sehrli peşəm” adlı animasiya filmi hazırlayıblar
Peşə təhsili tələbələri “Sehrli peşəm” adlı animasiya filmi hazırlayıblar

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri alternativ enerji mövzusunda maraqlı bir layihəyə imza atıblar.

Bu barədə "Azərbaycan müəllimi"nə Agentlikdən məlumat verilib. Belə ki, onlar “Sehrli peşəm” adlı animasiya filmi hazırlayaraq ekoloji problemlərə yaradıcı yanaşmalarını nümayiş etdiriblər.

Film tamamilə tələbələrin öz yaradıcılığı ilə ərsəyə gəlib və süni intellektdən istifadə edilməyib. Layihə həm tələbələrin peşə bacarıqlarını, həm də onların ekologiya və alternativ enerji məsələlərinə olan həssaslığını əks etdirir.

Qeyd edək ki, bu "Sehirli peşəm" animasiya filminin ilk seriyasıdır.