Azərbaycan Çinin peşə təhsili təcrübəsini öyrənir

28 Yanvar, 2026 - 14:22
Azərbaycan Çinin peşə təhsili təcrübəsini öyrənir

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Çin Xalq Respublikasının Quanqsi (Guangxi) Zhuang Muxtar Bölgəsinə işgüzar səfər edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, səfər çərçivəsində peşə təhsili müəssisələrində təlim və istehsal infrastrukturunun qurulması, müasir emalatxanaların yaradılması, avadanlıqların yerləşdirilməsi və istismarı, təlim bazalarının idarə olunması, eləcə də infrastruktur layihələrinin planlaşdırılması və icrasında tətbiq olunan səmərəli mexanizmlər ilə tanışlıq aparılıb.

Nümayəndə heyəti Guilin Aerokosmik Texnologiyalar Universiteti, Liucou Dəmir Yolu Peşə Texniki Kolleci, Liucou Peşə və Texniki Universiteti və Quanqsi Nəqliyyat üzrə Peşə və Texniki Kollecində olub. Görüşlər zamanı peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, real istehsalat mühitinə uyğun təlim infrastrukturlarının təşkili, resurslardan səmərəli istifadə və idarəetmə təcrübələri üzrə təqdimatlar keçirilib. Eyni zamanda maliyyə və təsərrüfat sahəsində təlim infrastrukturlarının optimallaşdırılması, emalatxanaların funksional planlaşdırılması, avadanlıq parkının idarə edilməsi və dayanıqlı istismar modelləri üzrə Çin təcrübəsi öyrənilib.

Səfərin sonunda Quanqsi Təhsil Departamentində baş tutan rəsmi görüşdə peşə təhsili müəssisələrinin infrastruktur baxımından inkişafı, idarəetmə yanaşmaları və qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə olunub.

Qeyd edək ki, əldə edilən təcrübənin ölkədə peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir emalatxanaların yaradılması və infrastruktur layihələrinin icrasında tətbiqi nəzərdə tutulur.