“Peşə təhsili və insan kapitalı” jurnalında media nümayəndələri ilə görüş keçirilib 

22 İyul, 2025 - 16:55
“Peşə təhsili 
və insan kapitalı” 
jurnalında media nümayəndələri ilə görüş keçirilib 
“Peşə təhsili 
və insan kapitalı” 
jurnalında media nümayəndələri ilə görüş keçirilib 

İyulun  22-də “Peşə təhsili və insan kapitalı” jurnalı redaksiyasında Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının dəstəyi, jurnalın təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının  rəhbərliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin kollektivi, “Azərbaycan müəllimi” qəzetinin,   Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Jurnalistlər Birliyinin, Təhsil İnstitutunun,  ADPU-nun və  peşə təhsili  müəssisələrinin əməkdaşları, media və mətbuat nümayəndələri, jurnalın kollektivi iştirak ediblər.  

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyevin giriş nitqindən sonra  “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Balakişiyev Azərbaycan Milli Mətbuatının inkişaf yoluna ekskursiya edərək “Əkinçi” qəzeti ilə başlayan milli mətbuatımızın dünəni və bu günü barədə geniş və əhatəli təqdimat edib.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, Azərbaycan Mətbuat Şurasının icraçı katibinin müavini Fəridə Ağazadə, Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov,  Təhsil TV-nin direktoru Jalə Əliyeva, Təhsil İnstitutunun böyük elmi məsləhətçisi, jurnalın redaksiya heyətinin üzvü Rəsul Əsgərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, jurnalın redaksiya heyətinin üzvü Müseyib İlyasov və jurnalın redaksiya heyətinin üzvü Yusif Axundov çıxış edərək bu əlamətdar gün münasibətilə jurnalın kollektivini və bütün mətbuat işçilərini təbrik ediblər.

Sonda Milli Mətbuat Günü münasibətilə “Peşə təhsili və insan kapitalı” jurnalının yaradıcı kollektivi Elm və Təhsil Nazirliyinin, YAP Nərimanov rayon təşkilatının, Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Jurnalistlər Birliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin diplom və fəxri fərmanları ilə təltif ediliblər.