Peşə təhsilində kredit sisteminin tətbiqi təklif olunur 

2 Dekabr, 2025 - 12:45
Peşə təhsilində kredit sisteminin tətbiqi təklif olunur 

“2026-cı ildən peşə təhsilinin bütün səviyyələrində kredit sisteminin tətbiqi təklif olunur”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən “Peşə təhsili: nailiyyətlər və çağırışlar” konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili sektorunun aparıcı məsləhətçisi Rəbiyyə Musayibzadə səsləndirib.

O bildirib ki, burada söhbət maliyyə vəsaiti şəklində olan tələbə kreditindən yox, tədris prosesində qazandırılan akademik kreditlərdən gedir.

Rəbiyyə Musayibzadənin sözlərinə görə, bu sistem Avropa təcrübəsinə əsaslanır və artıq Azərbaycanda da tətbiq olunur. Məqsəd təhsilin çevikliyini artırmaq və peşə təhsili alanların bilik və bacarıqlarını daha dəqiq qiymətləndirməkdir.