Peşə təhsilini bitirənlərin məşğulluq göstəriciləri açıqlanıb
Peşə təhsili üzrə 2019-2024-cü illərin məzunlarının məşğulluq göstəriciləri açıqlanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə təşkil olunan mediatur çərçivəsində keçirilən brifinqdə məlumat verib.
Bildirib ki, peşə təhsilini bitirən 63,5 min məzun təhsilə cəlb olunub, 25 min məzunun məşğulluğu müəyyən edilib. Onlardan 29%-i aktiv əmək müqaviləsi əsasında fəaliyyət göstərir:
“6 faizi aktiv VÖEN istifadəçisidir, 2 faizi isə özünüməşğulluq proqramına cəlb olunub”.



