Peşə tələbələri robot olimpiadasında uğur qazanıblar
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri “Azerbaijan International Robotics Olympiad” (AIRO) yarışmasında uğurla iştirak ediblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, mərkəzi təmsil edən tələbələr “Minisumo” kateqoriyası üzrə keçirilən yarışda “Innovation Sumo” və “Industrial Sumo” komandaları ilə çıxış ediblər.
Azərbaycan, Yaponiya, Türkiyə və Rumıniyadan ümumilikdə 32 komandanın iştirak etdiyi beynəlxalq yarışda “Innovation Sumo” komandası uğurlu nəticə göstərərək 1/4 final mərhələsinə qədər yüksəlib.




