Peşə təmayüllü siniflərin əhatə dairəsi 15 faizə çatdırılacaq - Xanım Şabanova

23 Yanvar, 2026 - 15:26
Peşə təmayüllü siniflərin əhatə dairəsi 15 faizə çatdırılacaq

Azərbaycanda peşə təmayüllü siniflərin əhatə dairəsi artırılaraq 15 faizə çatdırılacaq.

Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Təhsil İnstitutunun Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Xanım Şabanova deyib.

Onun sözlərinə görə, peşə təmayüllü siniflərin əhatə dairəsinin artırılaraq 15 faizə çatdırılması “Azərbaycan Respublikasının 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyası”nda nəzərdə tutulub:

“Hazırda əhatə dairəsi 11 faiz təşkil edir. Növbəti tədris ilində də yeni siniflər yaradılacaq. Yeni məktəblərin seçimi prosesinə artıq başlamışıq. Xüsusi ümumtəhsil müəssisələrində bu tipli siniflərin açılmasına ehtiyac varsa, müəyyən kriteriyalarımıza cavab verən 8 xüsusi ümumtəhsil məktəbi də buraya daxil edəcəyik”.