Prezident İlham Əliyev: İran Azərbaycan dövlətinə qarşı terror aktı törədib

5 Mart, 2026 - 17:52
Prezident İlham Əliyev: İran Azərbaycan dövlətinə qarşı terror aktı törədib

"Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilib".

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib:

"Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salıb. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. 

Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir", - deyə dövlət başçısı əlavə edib.