Prezident İlham Əliyev: Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir

11 Fevral, 2026 - 17:40
Prezident İlham Əliyev: Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir

Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

Prezident qeyd edib ki, bu sahə də kritik sahələrdən biridir:

“Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq. Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır”.