Qarabağ Universiteti müəllim vakansiyaları elan edir

23 Aprel, 2025 - 17:46
Qarabağ Universiteti müəllim vakansiyaları elan edir

Qarabağ Universiteti "İnstrumental ifaçılıq (Avropa və Azərbaycan xalq çalğı alətləri üzrə)", "Musiqişünaslıq", "Xanəndə", "Vokal", "Konsertmeyster – piano, tar, kamança", "Dizayn", "Sənətşünaslıq" istiqamətləri üzrə müəllim vakansiyaları elan edir.

“Azərbaycan müəllimi” xəbər verir ki,  tələblərə cavab verən namizədlər məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın birinin və ya bir neçəsinin adını (nümunə: Musiqişünaslıq istiqaməti üzrə müəllim) qeyd edərək arts@karabakh.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: https://bit.ly/3YbvQ0I

Müraciət üçün son tarix: 5 may 2025-ci il

Qarabağ Universiteti müəllim vakansiyaları elan edir
Qarabağ Universiteti müəllim vakansiyaları elan edir
Qarabağ Universiteti müəllim vakansiyaları elan edir