Qazax məktəblisi Avropa çempionatının gümüş medalını qazanıb

27 Oktyabr, 2026 - 18:19
Qazax məktəblisi Avropa çempionatının gümüş medalını qazanıb

Azərbaycan millisi Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə U-15 Avropa çempionatını 10 medalla başa vurub.

 "Azərbaycan müəllimi" xəbər verir ki, mükafatçılar arasında Qazax məktəblisi də yer alıb.Qazax şəhəri Mehdi Hüseyn adına humanitar və təbiət fənləri təmayüllü məktəb-liseyin IX sinif şagirdi Sənan Nəsibli qitə birinciliyində uğurla çıxış edib.

Belə ki, 52 kq çəki dərəcəsində mübarizə aparan məktəbli turnirin gümüş medalına sahib olub. O, Avropa çempionatında ikinci yeri tutaraq Azərbaycan millisinin medal qazanan idmançıları sırasına qoşulub.