Qazax məktəblisi Azərbaycan çempionu oldu

16 Mart, 2026 - 16:54
Qazax məktəblisi Azərbaycan çempionu oldu

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi Nuray Əbilova uğur qazanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, Nuray Əbilova 53 kq çəki dərəcəsində iki hərəkətin cəmində 138 kq (60 kq + 78 kq) nəticə göstərərək I yerə layiq görülüb və Azərbaycan çempionu adını qazanaraq qızıl medal əldə edib.

Qeyd edək ki, bu, Nuray Əbilovanın ilk uğuru deyil. O, 2025-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medala layiq görülüb.

Qazax məktəblisi Azərbaycan çempionu oldu
Qazax məktəblisi Azərbaycan çempionu oldu
Qazax məktəblisi Azərbaycan çempionu oldu