Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib

24 Avqust, 2026 - 11:27
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində gənclərin peşə təhsilinə marağının artırılması, mərkəzin fəaliyyəti və  yaradılmış imkanların ictimaiyyətə təqdim olunması məqsədilə “Açıq qapı” günü keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə 300 nəfərdən artıq vətəndaş iştirak edib. İştirakçılar sırasında 2026/27-ci tədris ili üzrə qəbulun I mərhələsində uğur qazanan şəxslər, Qəbələ və ətraf rayonların sakinləri, valideynlər, uğurlu məzunlar, media nümayəndələri, eləcə də əməkdaşlıq etdiyimiz müəssisə və təşkilatların nümayəndələri yer alıblar.

Tədbirin açılışında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Kənan Həsənli, Təhsil Tələbə Krediti Fondunun təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Ağamusa İsazadə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayonu üzrə Təhsil Sektorunun müdiri Arifə Bayramova və Qafqaz  Tufandağ Hotelin meneceri Vüsal Mürsəlov çıxış ediblər.

Çıxışlarda ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, peşə təhsilinin əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasında rolu, eləcə də gənclərin düzgün peşə seçiminə istiqamətləndirilməsinin əhəmiyyəti vurğulanıb.

“Açıq Qapı” günü çərçivəsində qonaqlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, tədris prosesi və tələbələr üçün yaradılmış imkanlarla tanış olublar. Müxtəlif ustad dərsləri keçirilib, tələbə və məzunların əl işlərindən ibarət sərgilər nümayiş etdirilib.

Həmçinin tədbir iştirakçılarına Təhsil Tələbə Krediti imkanları və 2026/27-ci tədris ili üzrə tələbə qəbulu ilə bağlı məlumatlar təqdim olunub. Gənclər üçün əyləncəli yarışlar və viktorinalar təşkil edilib, qaliblər dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

Tədbir çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətində xüsusi xidmətləri ilə seçilən və tədris prosesinə töhfə verən inzibati, mühəndis-pedoqoji heyət fəxri fərmanlar təqdim olunub. Müəllimlərin əməyinin qiymətləndirilməsi tədbirin əlamətdar məqamlarından biri olub.

Qeyd edək ki, “Açıq Qapı” günlərinin keçirilməsində əsas məqsəd peşə təhsili haqqında məlumatlılığın artırılması, müxtəlif peşələr üzrə təhsil imkanlarının tanıdılması və gənclərin gələcək karyera seçimlərinə dəstək göstərilməsidir.