Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində növbəti “Pedaqoji Şura İclası” keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində mühəndis-pedaqoji heyətin iştirakı ilə növbəti “Pedaqoji Şura İclası” baş tutub.
"Azərbaycan müəllimi" xəbər verir ki, iclası mərkəzin direktoru, pedaqoji şuranın sədri Qalib Nəbiyev açaraq gündəlikdə yer alan məsələlər barədə geniş məlumat verib.
İclasda aşağıdakı mövzular üzrə çıxışlar dinlənilib və müzakirələr aparılıb:
Yüksək texniki peşə qruplarında kollokviumların təşkili;
Dual Peşə Təhsili və Təlimi qruplarında istehsalat təliminin vəziyyəti;
KSQ və TNQ-lərin təşkili;
Valideyn iclaslarının təşkili və keçirilməsi;
Psixoloji dəstəyə ehtiyacı olan tələbələrlə görülən işlər;
Müəllimlərin keçdiyi təlimlərlə bağlı hesabatlar;
Açıq dərs təcrübələrinin paylaşılması;
Həmkarlar Təşkilatı tərəfindən pedaqoji heyətə maddi dəstəyin göstərilməsi ilə bağlı müraciət.
İclasın sonunda Həmkarlar Təşkilatının təqdimatı əsasında inzibati və mühəndis-pedaqoji heyətə maddi dəstəyin göstərilməsi müzakirə olunaraq, qərarlar qəbul olunub, tövsiyə və tapşırıqlar verilib. Tədbir mühəndis-pedaqoji heyətin fəaliyyətinin gücləndirilməsi və təhsilin keyfiyyətinin artırılması baxımından əhəmiyyətli olub.



