Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yeni müəllimlərlə görüş keçirilib

12 Oktyabr, 2026 - 16:32
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yeni müəllimlərlə görüş keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində cari tədris ilində əmək fəaliyyətinə yeni başlayan mühəndis-pedaqoji heyətlə görüş keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı mühəndis-pedaqoji heyətə, mərkəzin fəaliyyəti, tədris prosesinin təşkili, pedaqoji kollektivlə əməkdaşlıq, daxili intizam qaydaları və müəllimlərin qarşısında duran əsas vəzifələr barədə məlumat verilib.

Həmçinin müəllimlərin təhsilalanlarla düzgün ünsiyyət qurması, müasir təlim metodlarından səmərəli istifadə etməsi, peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə töhfə verməsi və kollektivə uğurlu inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş qarşılıqlı fikir mübadiləsi və müəllimlərin suallarının cavablandırılması ilə davam edib.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi işə yeni qəbul olmuş mühəndis-pedaqoji heyətin peşəkar inkişafının dəstəklənməsinə və tədris prosesinin keyfiyyətinin davamlı şəkildə yüksəldilməsinə xüsusi önəm verir.