Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinə təşəkkürnamə təqdim edilib

3 İyul, 2026 - 16:59
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinə təşəkkürnamə təqdim edilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin "Kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis" ixtisası üzrə təhsil alan 4 nəfər tələbəsi Qəbələ Rayon Məhkəməsində təşkil olunmuş istehsalat təcrübəsini uğurla başa vurublar.

"Azərbaycan müəllimi" xəbər verir ki, təcrübə müddətində göstərdikləri çalışqanlıq, yüksək intizam, məsuliyyətli yanaşma və iş prosesində fəal iştiraklarına görə tələbələrimiz Qəbələ Rayon Məhkəməsi tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.

Qeyd edək ki, istehsalat təcrübəsi tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, peşə səriştələrinin inkişaf etdirilməsinə və gələcək əmək fəaliyyətinə hazırlıqlarının artırılmasına mühüm töhfə verir.