Qəbələ Peşə Mərkəzində əməkdaşların dil bacarıqları ilə bağlı təlim keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları üçün ingilis dilində sərbəst ünsiyyət bacarıqlarını inkişaf etdirmək məqsədilə interaktiv və dram metodlarına əsaslanan təlim keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, təlim Türkiyədə fəaliyyət göstərən beynəlxalq təcrübəli təlimçi dram-metodu ilə ingilis dilini tələbəyönümlü və interaktiv şəkildə tədris edən Vəfa Mustafayeva tərəfindən həyata keçirilib.
Bu yanaşma dilin praktiki şəkildə mənimsənməsinə, özlərini daha inamlı ifadə etmələrinə və ünsiyyət zamanı yaradıcı düşünmələrinə şərait yaradır.



