Qəbələdə “Arıçılıq” mövzusunda maarifləndirici təlim keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Peşəkar Arıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Arıçı” ixtisası üzrə təhsil alan tələbələr və regionun arıçı sahibkarları üçün “Arıçılıq” mövzusunda maarifləndirici təlim təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, təlim zamanı çıxış edən natiqlər Azərbaycan Arıçılar Assosiasiyasının fəaliyyəti dövründə görülmüş işlər, Qəbələ bölgəsində arıçılığın mövcud vəziyyəti, arı xəstəliklərinə qarşı mübarizə üsulları, Varroa zərərvericisi, qış mövsümündə arı itkiləri və arı ailələrinin zəifləməsi kimi mühüm məsələlərə toxunublar. Bununla yanaşı, arıçılıq sahəsində mövcud çətinliklər və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılıb.
Təlimin sonunda keçirilən açıq səsvermənin nəticələrinə əsasən:
- Səbuhi Nəbiyev – Qəbələ Arıçılar Birliyinin sədri
- Anar Məmmədov – sədr müavini
- İlqar Cəlalov – nəzarət‑təftiş komissiyasının sədri seçilib.
Belə maarifləndirici tədbirlər arıçılıq sahəsində bilik və bacarıqların artırılmasına, eləcə də yerli sahibkarların inkişafına əhəmiyyətli töhfə verir.



