Qəbələdə Azərbaycan–Türkiyə peşə təhsili əməkdaşlığı müzakirə olunub
Peşə Təhsili üzrə Dövlət Agentliyi və Mesleki ve Teknik Eğitim Genel Müdürlüğü nümayəndə heyəti ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı nümayəndə heyəti mərkəzin maddi-texniki bazası ilə tanış olub, tədris prosesi və yaradılmış təhsil mühiti barədə məlumatlandırılıb.
Qeyd edək ki, 2021-ci ildə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” imzalanıb. Sözügedən sənəd iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini, təcrübə mübadiləsinin aparılmasını və Türkiyə modelinin öyrənilməsini nəzərdə tutur.



