Qəbələdə gənclər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılıb

2 Aprel, 2026 - 14:04
Qəbələdə gənclər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin psixoloqlarının təşkilatçılığı ilə “Narkomaniya və zərərli vərdişlərə yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd tələbələri zərərli vərdişlərin insan sağlamlığına və cəmiyyətə mənfi təsirləri barədə məlumatlandırmaq, gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, narkomaniya və digər zərərli vərdişlərdən uzaq durmağın vacibliyini diqqətə çatdırmaq olub.

Tədbirdə Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları, müəllimlər və tələbələr iştirak ediblər. Çıxış edən polis əməkdaşları narkotik vasitələrin insan həyatına, sağlamlığına və gələcəyinə vurduğu zərərlərdən, eləcə də bu kimi hallara qarşı aparılan mübarizə tədbirlərindən bəhs ediblər. Bildirilib ki, gənclərin zərərli vərdişlərdən qorunması üçün maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Sonda mövzu ətrafında iştirakçılarla fikir mübadiləsi aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb və sağlam həyat tərzinin qorunmasının vacibliyi bir daha vurğulanıb.