Qəbələdə əmək yarmarkası təşkil olunacaq

25 May, 2026 - 09:52
Qəbələdə əmək yarmarkası təşkil olunacaq

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının təşkilatçılığı ilə əmək yarmarkası keçiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Tədbir mayın 26-sı saat 11:00-da Qəbələ şəhəri, 28 May küçəsi, 89 ünvanında yerləşən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin inzibati binasında start götürəcək.