Qəbələdə peşə seçimi və inkişaf mövzusunda təlim keçirilib

30 Oktyabr, 2025 - 14:48
 0  3

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün “Real imkanlar, düzgün peşə seçimi və özünü inkişaf üçün hansı proqramlara qoşulmaq olar?” mövzusunda təlim keçirilib.  

"Azərbaycan müəllimi" xəbər verir ki, təlim "Kodera" şirkətinin baş direktoru, bir çox yerli və beynəlxalq layihələrdə fəal iştirak etmiş təlimçi Əli Süleymanov tərəfindən aparılıb.

O, gənclərlə şəxsi inkişaf yolları, təcrübə proqramları və beynəlxalq imkanlar barədə məlumat paylaşaraq, real nümunələr əsasında praktiki tövsiyələr verib. Təlimin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb, interaktiv müzakirələr aparılıb.

Tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq-Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin təşkilatçılığı və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.