Qəbul imtahanında 12 nəfərin nəticələri ləğv edilib
II və III ixtisas qrupları üzrə 24 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsi elan edilib.
Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 56 847 abituriyentdən (II qrup üzrə 28 507 nəfər, III qrup üzrə 28 340 nəfər) 2429 nəfər (II qrup üzrə 1663 nəfər, III qrup üzrə 766 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 18 iyun saat 10:00-dan 20 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.




