ADPU-nun Quba filialında "Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır" mövzusunda tədbir keçirilib

24 Aprel, 2026 - 12:40
ADPU-nun Quba filialında "Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır" mövzusunda tədbir keçirilib

Aprelin 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında "Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır" mövzusunda tədbir keçirilib.

​"Azərbaycan müəllimi" xəbər verir ki,  tədbir çərçivəsində Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Dərələyəz mahalının Keşkənd kənd icmasının sədri, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynovanın təqdimatında “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda "açıq dərs" keçirilib.

​Filialın böyük zalında baş tutan tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

​Tədbiri giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev Qərbi Azərbaycan mövzusunun bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər bizə tarixi torpaqlarımıza, o cümlədən Qərbi Azərbaycana qayıdışın yolunu açıb. Bu gün keçirilən açıq dərs sadəcə elmi bir mühazirə deyil, həm də gənc nəslin milli kimlik şüurunun formalaşması və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Mahirə xanım həm bir alim, həm də həmin torpaqların canlı şahidi kimi bu missiyanı böyük fədakarlıqla yerinə yetirir".

​Professor Mahirə Hüseynova çıxışının əvvəlində doğma yurd həsrətindən, xalqımızın əsrlər boyu üzləşdiyi deportasiya və etnik təmizləmə siyasətinin acı nəticələrindən bəhs edib. O, Qərbi Azərbaycanın hər bir daşının, hər bir toponiminin qədim tariximizin möhürü olduğunu qeyd edib. Problemin araşdırılmasına toxunan professor əlavə edib: "Bu, sadəcə bir nisgil deyil, həm də beynəlxalq müstəvidə hüquqi və elmi əsaslarla sübut olunmalı olan haqq işimizdir. Bizim mənəvi borcumuzdur ki, uydurma tarixlərə qarşı faktlarla, sənədlərlə və elmi tədqiqatlarla çıxış edək".

​Məruzəçi, həmçinin özünün elmi tədqiqatlarını və tarixi faktlara əsaslanan xatirələrini əhatə edən kitabları barədə məlumat verib. O bu əsərlərin gənc tədqiqatçılar üçün bir yol xəritəsi olduğunu və saxtalaşdırılmış tarixin ifşasında mühüm rol oynadığını bildirib. Professor Mahirə Hüseynova çıxışını "Artıq daşların toplanma vaxtıdır" sözləri ilə yekunlaşdırıb.

​Açıq dərsdə rəsmi qonaqlar, ziyalılar, filialın professor- müəllim heyəti və tələbələr iştirak ediblər.

​Tədbirdə çıxış edənlər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının milli hədəflərimizdəki yerindən danışaraq, bu cür tədbirlərin regionlarda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndiriblər.

​Tədbirin sonunda professor Mahirə Hüseynova tələbələrin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb, iştirakçılara qiymətli kitablar hədiyyə edilib. Sual-cavab formatında davam edən diskussiyada tarixi toponimlərimizin qorunması, folklor nümunələrinin toplanması və beynəlxalq ictimaiyyətə çatdırılması yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirdən sonra ağacəkmə aksiyası həyata keçirilib.