“Qırmızı Ürəklər” təqaüd proqramının müsahibə mərhələsi başlayıb
Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun əməkdaşlığı ilə icra olunan “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı üzrə müsahibə mərhələsi başlayıb.
Fonddan "Azərbaycan müəllimi"nə bildirilib ki, proqramın seçim mərhələlərinin yekunu olaraq 73 namizəd müsahibə mərhələsinə vəsiqə qazanıb.


